Ukrayna əks-hücumda 43 min itki verib - Rusiya



 16:24 07.08.2023     294

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun əks-hücum keçməsindən sonra 43 mindən çox əsgər itirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bəyan edib ki, bu itkilərə əcnəbi muzdlular və yüksək dəqiqlikli silahlarla arxa cəbhədə həlak olan hərbçilər daxil deyil. Bundan əlavə, cəbhə xəttində Ukrayna tərəfinin 4900 silah və hərbi texnikasının məhv edildiyi qeyd edilib. Bildirilir ki, bunlara 26 təyyarə, 9 hərbi helikopter, 1831 tank və zirehli texnika daxildir.

Qeyd edək ki, Ukrayna ordusu əks-hücumlar nəticəsində bəzi cəbhələrdə irəliləyib. Ukrayna tərəfi bir neçə məntəqənin işğaldan azad edildiyini açıqlayıb.

Bahadur Seyidov