"Air France” Nigerə uçuşları dayandırıb



 12:43 08.08.2023     358

Fransanın milli hava yolu şirkəti “Air France” Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra bu ölkəyə uçuşları dayandırıb.

Demedia.az xəbər verir ki, bu barədə “Air France” şirkətindən açıqlama verilib. Şirkət uçuşların dayandırılmasına səbəb kimi Nigerdəki xunta rəhbərliyinin ölkədəki hava məkanını beynəlxalq uçuşlara bağlaması göstərilib. Bildirilib ki, uçuşlar əlaqəli olduğuna görə, Nigerlə yanaşı Mali və Burkina Fasoya uçuşlar dayandırılıb. Açıqlamaya görə, şirkət Afrikaya uçuşlarını yenidən qurmağa hazırlaşır.

Qeyd edək ki, Mali və Burkina Faso Nigerdəki hərbi çevrilişə dəstək vermişdi.

Bahadur Seyidov