Fransa Burkina Fasoya bütün yardımları dayandırıb



 14:42 08.08.2023     303

Fransa Burkina Fasoya bütün yardımları və büdcə dəstəyini dayandırıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Fransa büdcəsindən Burkina-Fasoya 13 milyon avro büdcə yardımı planlaşdırılıb. Həmçinin Fransanın bu ölkəyə göstərdiyi yardımının ümumi məbləği 482 milyon avro təşkil edib. Məlumata görə, Burkina Fasoda iki hərbi çevrilişdən sonra Fransa hərbçilərinin ölkədən çıxması tələb edilib. Fransa qoşunlarını geri çəkməyə razılaşsa da, yardımı və büdcə dəstəyini davam etdirib.

Bildirilir ki, Burkina Faso Nigerdəki hərbi xuntaya dəstək verdiyini açıqladığı üçün bu ölkəyə hərbi yardım dayandırılıb.

Bahadur Seyidov