Hindistanın kosmosa göndərdiyi kəşfiyyat aparatı orbitə uğurla yerləşib



 14:25 08.08.2023     281

Hindistanın kosmosa göndərdiyi “Çandrayaan-3” kəşfiyyat aparatı orbitə uğurla yerləşib.

Demedia.az xəbər verir ki, “Çandrayaan-3” kəşfiyyat aparatının kosmosa göndərilməsinin məqsədi Ayın cənub qütb bölgəsini araşdırmaqdır. Hindistan Kosmik Araşdırmalar Mərkəzinin açıqlamasına görə, kosmik aparat heç bir problemlə qarşılaşmadan Ayın orbitinə yerləşib. Eniş platforması və rover modullarından ibarət çəkisi təxminən 3,9 ton olan "Çandrayaan-3" kosmik gəmisi Ayın səthini tədqiq edəcək.

Qeyd edək ki, Hindistanın 2008 və 2019-cu illərdə fərqli missiyalar üçün kosmosa buraxdığı  “Çandraayan”ın 1-ci və 2-ci gəmiləri Ayın səthinə enə bilməyib.

Bahadur Seyidov