Blinken və Kuleba arasında telefon danışığı olub



 14:12 08.08.2023     268

ABŞ-ın dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. Məlumata görə, tərəflər Səudiyyə Ərəbistanında keçirilən Ukrayna ilə bağlı toplantıya dair müzakirələr aparıb. Miller bildirib ki, Blinken ABŞ-ın Rusiyaya qarşı mübarizədə Ukraynanın müdafiəsinə, eləcə də Ukrayna ordusuna verdiyi dəstəyi təkrarlayıb.

Qeyd edək ki, Ciddədə Türkiyə də daxil olmaqla müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün toplantı keçirilib.

Bahadur Seyidov