Polşa sərhədə əlavə 1000 hərbçi cəlb edir



 15:49 08.08.2023     300

Polşanın Sərhəd Mühafizəsi ölkənin Belarusla sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Demedia.az xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Polşa-Belarus sərhədində bəzi insidentlər baş verib.Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib. Qeyri-qanuni miqrasiya ilə mübarizənin bütün prosesinin Belarus Sərhəd Mühafizəsi tərəfindən təşkil edildiyini bildirən Vasik qeyd edib ki,  Belarus sərhədində Polşa əsgərlərini hədəf alan hadisələr artıb.

Qeyd edək ki, “Vaqner” muzdluların Polşa ilə sərhəd bölgəyə yerləşməsi Varşavada etirazla qarşılanıb.

Bahadur Seyidov