Filippin Çinə etiraz notası verib



 15:24 08.08.2023     305

Filippin Cənubi Çin dənizindəki mübahisəli ərazidə gərginliklə bağlıÇinə etiraz notası verib.

Demedia.az xəbər verir ki, bu barədə Filippinin Prezidenti Ferdinand Markos açıqlama verib. Məlumata görə, Çinin Maniladakı səfiri Huanq Çilian Filippin Xarici İşlər Nazirliyinə çağırılıb. "Bütün çətinliklər qarşısında beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına uyğun olaraq bölgədəki suverenliyimizi qorumağa davam edirik” - Filippinin Prezidenti Ferdinand Markos deyib.

Qeyd edək ki, Çinin sahil mühafizəsi Cənubi Çin dənizindəki mübahisəli İkinci Tomas Şoalda yerləşən əsgərlərə qida, su və yanacaq daşıyan Filippin qayıqlarına mane olub. Çin tərəfi Filippin qayığına su sıxıb.

Bahadur Seyidov