Danimarkalı səyyah Torbjorn Pedersen dünya turunu yekunlaşdırıb



 16:24 08.08.2023     300

Danimarkalı səyyah Torbjorn Pedersen dünya turunu yekunlaşdırıb.

Demedia.az xəbər verir ki, o bütün ölkələrə təyyarədən istifadə etmədən səyahət edib. Məlumata görə, bu rekord göstəricidir. İndiyə qədər heç kim bütün ölkələrə təyyarə olmadan səyahət emtəyib. Torbjorn Pedersena dünyanı gəzmək üçün 10 il vaxt lazım olub. Danimarkadan səyahətə başlayan Pederson bu vaxt ərzində evinə qayıtmayıb. Danimarkalının məqsədi evə qayıtmadan və hava yolundan istifadə etmədən bütün dünyanı səyahət edən ilk insan kimi tarixə düşmək olub. Danimarkalı səyyah bu arzusuna çatmaq üçün işini yarımçıq qoyub.

Torbjorn Pedersen dünya səyahəti üçün qarşısına 3 qayda qoyub - təyyarə ilə səyahət etməyəcək, hər ölkədə ən azı 24 saat qalacaq və səyahətə başladıqdan sonra dünya turunu başa vurana qədər vətənə qayıtmayacaq.

Bahadur Seyidov