2023-cü ilin iyul ayı qlobal miqyasda “ən isti ay” kimi qeydə alınıb



 16:42 08.08.2023     377

 2023-cü ilin iyul ayı qlobal miqyasda “ən isti ay” kimi qeydə alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat verib. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin aylıq hesabatına görə, 2023-cü ilin iyul ayı dünyada indiyə qədər ən isti temperaturun müşahidə edildiyi ay kimi qeydə alınıb.

Şimal yarımkürəsinin bir çox bölgələrində temperatur artıb, temperatur Antarktidanın çox hissəsində orta səviyyədən xeyli yuxarı olub. İyul ayında Antarktika dənizinin buzları da azalıb.

Bahadur Seyidov