Nigerdə Lamine Zeyni baş nazir təyin edilib
Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Lamine Zeyni baş nazir təyin edib.
Demedia.az xəbər verir ki, bu barədə “Vətəni Müdafiə Milli Şurası”nın sözçüsü polkovnik Amadou Abdramane açıqlama verib. O bildirib ki, Zeinenin “Vətəni Müdafiə Milli Şurası”nın lideri general Abdurrahmane Tchiani tərəfindən baş nazir təyin edilib. Ölkəsində tanınmış iqtisadçı olan 58 yaşlı Zeine 2002-2010-cu illərdə maliyyə naziri vəzifəsində çalışıb. Onun bundan əvvəl Afrika İnkişaf Bankının Çad nümayəndəsi vəzifəsində çalışıb.
Qeyd edək ki, Nigerdə prezident Məhəmməd Bazum Prezident Mühafizəsi Alayının nümayəndələri tərəfindən saxlanılıb və ardınca hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Bahadur Seyidov