Putindən "dost olmayan ölkələr" barədə qadağa



 22:24 08.08.2023     312

Rusiya Prezidenti Vladimir Putin "dost olmayan ölkələr" adlandırılan Qərb dövlətləri ilə bağlı yeni qərar verib.

Demedia.az xəbər verir ki, Putin "dost olmayan ölkələr" siyahısındakı qərb dövlətləri ilə imzalanan vergi müqavilələrindəki bəzi müddəaları ləğv edib. Putinin imzaladığı qərara əsasən, "dost olmayan ölkələr"lə əldə olunan gəlirlərə və aktivlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib. Məlumata görə, Rusiya hökumətinə sözügedən müddəaların ləğvinin iqtisadiyyata təsirini azaltmaq barədə tapşırıq verilib.

Rusiya Xarici İşlər Nazirliyinə də ləğvetmələr barədə lazımi məlumatları müvafiq ölkələrə təqdim etmək tapşırılıb.

Bahadur Seyidov