Şimali Koreyanın haker qrupları Rusiyaya kiberhücum təşkil edib



 14:25 09.08.2023     314

Şimali Koreyanın "ScarCruft" və "Lazarus" haker qrupları Rusiyaya kiberhücum təşkil edib.

Demedia.az xəbər verir ki, “SentinelOne” kibertəhlükəsizlik firmasının hesabatında belə qeyd edilib. İddialara görə,  kiberhücumun məqsədi ölkələnin silah proqramlarını inkişaf etdirmək üçün məlumat oğurlamaq olub. Məlumata görə, kiberhücumların hədəfində Rusiyanın strateji raket sistemləri və raket istehsalçıları olub. Haker qruplarının hədəfində "NPO Mashinostroyeniya” şirkəti olub. Hesabatda bildirib ki, “NPO”"Rusiya ordusu tərəfindən işlənib hazırlanmış və istifadə olunan dəqiq raket texnologiyası üzərində çox məxfi mülkiyyət hüquqlarına malikdir.

Həmçinin “NPO”nun məhdud texniki və kadr resurslarına malik olduğu və buna görə də kiber təhlükələrə qarşı həssas olduğu iddia edilib.

Bahadur Seyidov