Zaxarovadan Nulandın Nigerə getməsinə reaksiya



 14:48 09.08.2023     297

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın hərbi çevrilişin baş verdiyi Nigerə səfərinə münasibət bildirib.

Demedia.az xəbər verir ki, o Nulandın Nigerdəki bəzi xunta rəsmiləri ilə görüşlərini siyasətçinin 2013-cü ildə Kiyevdəki təmasları ilə müqayisə edib. Nulandın Ukraynada etdiklərini Nigerdə ​​də edəcəyini düşündüyünü ifadə edən Zaxarova bildirib ki, ABŞ Kiyevdəki kimi banan rejimi tapa bilməz.

Qeyd edək ki, Viktoriya Nuland Nigerə səfər edib və bəzi xunta rəsmiləri ilə görüşüb. Ölkədə min əsgəri və Afrikanın ikinci ən böyük PUA bazası olan ABŞ Nigerdəki hərbi çevrilişə qarşıdır.

Bahadur Seyidov