Türkiyənin müdafiə şirkətləri irəlilədi



 15:19 09.08.2023     296

Dünya miqyasında müdafiə sənayesi satışlarına görə hazırlanan hesabata görə, dünyanın 100 ən yaxşı şirkətləri siyahısına Türkiyədən 3 müdafiə şirkəti daxil edilib.

Demedia.az xəbər verir ki, ABŞ-da nəşr olunan “Defence News” jurnalının dərc etdiyi hesbata görə,  Türkiyənin “Aselsan” şirkəti illik reytinqdə 49-cu yerdən 47-ci yerə yüksəlib. “Türk Aerokosmik Sənayesi” şirkəti 67-ci yerdən 58-ci yerə, raket istehsalçısı “Roketsan” isə 86-cı yerdən 80-ci yerə yüksəlib. “Military Factory and Shipyard Management Inc” də ilk dəfə siyahıya daxil olaraq 100-cü yerdə qərarlaşıb.

Siyahıya 63,3 milyard dollar müdafiə gəliri ilə “Lockheed Martin” şirkəti başçılıq edir.

Bahadur Seyidov