Moskva öz şərtləri ilə sülhü təmin edəcək - Medvedev
Rusiya ordusu xüsusi hərbi əməliyyatlarla bağlı bütün tapşırıqları yerinə yetirmək üçün kifayət qədər gücə malikdir.
Demedia.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə deyib. O bildirib ki, Moskva öz şərtləri ilə sülhü təmin edəcək. Rusiya-Gürcüstan müharibəsinin 15-ci ildönümü münasibətilə açıqlama verən Medvedev, Ukraynada baş verənləri 2008-ci ildə Cənubi Osetiyada baş verən hadisələrlə müqayisə edib.
"Rusiya Tsinvala edilən rəzil hücuma qətiyyətlə cavab verdi, təcavüzkara sərt cavab verdi. O zaman da kollektiv Qərb Rusiya sərhədləri yaxınlığında vəziyyəti qızışdırmağa çalışaraq, Saakaşvilinin arxasında dayandı. Rusiya Silahlı Qüvvələri təkəbbürlü ultra-millətçiləri cəzalandırdı. Biz Abxaziya və Cənubi Osetiyada yaşayan xalqımızı düşməndən qoruduq” - Medvedev deyib.
Bahadur Seyidov