İtaliyadan Rusiya və Belarusa sanksiya



 16:12 09.08.2023     313

İtaliyanın Şirkətlər Nazirliyi və “Made in Italy” Rusiya və Belarus vətəndaşlarına investisiya üçün verilən "qızıl viza" proqramını dayandırıb.

Demedia.az xəbər verir ki, bu barədə İtaliyanın rəsmi mənbələri açıqlama verib. Bildirilib ki, İtaliya üçün “İnvestor Viza” adlı “qızıl viza” proqramı Rusiya və Belarus vətəndaşlarına İtaliyanın Apennin dağlarında investisiya qarşılığında yaşayış icazəsi verirdi. Nazirlik bildirib ki, Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq, nazirlik yanında komitənin qərarı ilə Rusiya və Belarus vətəndaşları proqramdan kənarlaşdırılıb.

Qeyd edək ki, Avropa İttifaqına daxil olmayan ölkələr üçün “qızıl viza” proqramı İtaliyada 2017-ci ildən qüvvədədir. Xarici investorlar və onların ailə üzvləri proqrama uyğun olaraq investisiyaları müqabilində yaşayış icazəsi ala bilərlər.

Bahadur Seyidov