"Nyukasl Yunayted" istedadlı futbolçunu transfer edib



 16:47 09.08.2023     408

Bu mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanan "Nyukasl Yunayted" "Sauthempton"dan gənc sağ cinah müdafiəçisi Valentino Livramentonu heyətinə qatıb.

Demedia.az xəbər verir ki, "Nyukasl Yunayted" Valentino Livramento üçün təxminən 40 milyon funt-sterlinq ödəyəcək. "Nyukasl Yunayted" klubunun açıqlamasına görə, Livramentonun transfer qiyməti ilə bağlı “Sauthempton”la razılığa gəlinib və 20 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin aşağı yaş kateqoriyalarında çıxış edən Livramento "Sauthempton"da 34 matçda 1 qol vurub. O ötən mövsüm zədə səbəbindən 3 matçda meydana çıxıb.

Bahadur Seyidov