Polşa Belarus sərhədinə əlavə 1000 hərbçi göndərdi



 17:12 09.08.2023     277

Polşa Sərhəd Mühafizəsinin Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsi barədə tələbi qəbul edilib.

Demedia.az xəbər verir ki, bu barədə Polşanın xəbər agentliyi “PAP” məlumat verib. Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə naziri Mariuş Blaşçak sərhədçilərin əlavə əsgər tələbini qəbul edib.“Polşa-Belarus sərhədindəki dinamik vəziyyət və tələb səbəbiylə nazir Blaşçak əlavə əsgərlərin göndərilməsini əmr etdi” - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, “Vaqner” muzdlu qruplaşmasının üzvləri son həftələrdə Polşa sərhədi yaxınlığında müşahidə edilib və baş nazir Mateuş Moraviecki bildirib ki, bu hadisə NATO-nun şərq cinahında vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

Bahadur Seyidov