Nigeriya ordusu oğurlanmış xam neft daşıyan 3 gəmini məhv edib



 10:12 09.08.2023     285

Nigeriya ordusu Rivers əyalətində keçirdiyi hava əməliyyatında oğurlanmış xam neft daşıyan 3 gəmini məhv edib.

Demedia.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet açıqlama verib. Bildirilib ki, "Delta Safe" əməliyyatı çərçivəsində ordunun Rivers əyalətində qeyri-qanuni neft hasilatı daşınan ərazilərinə hava hücumu təşkil edilib. Qabkvet bildirib ki, ordu Rivers əyalətinin paytaxtı Port Harkortdakı qeyri-qanuni neft emalı zavodunda neft məhsulları ilə dolu tank və anbarları da müəyyən edib və obyekti məhv edib.

Qeyd edək ki, Nigeriyada yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir. Ölkənin neft ehtiyatları təqribən 37 milyard barreldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Bahadur Seyidov