Cənubi Koreya ordusunu gücləndirir



 10:42 09.08.2023     332

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol bəyan edib ki, Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı Seul öz gücünü daha da artırmalıdır.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Cənubi Koreyanın hərbi imkanlarının daha da üstün olması Şimali Koreyanı təxribatlardan çəkindirəcək. Yoon Şimali Koreya təhdidlərinə qarşı ordunun həyata keçirməli olduğu fəaliyyətlər barədə danışıb. Yoon bildirib ki, Şimali Koreyanın nüvə və raket proqramları, həmçinin kiber və dron imkanlarının yaratdığı asimmetrik təhlükələr qarşı qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.

"Biz ilk növbədə maliyyə qaynaqlarının rasional və effektiv şəkildə bölüşdürülməsi yolu ilə Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmə və cavab imkanlarımızı inkişaf etdirməliyik" - Yoon Suk Yeol deyib.

Bahadur Seyidov