Türkiyə oyun qurucu ölkədir - Ərdoğan



 17:42 09.08.2023     305

“Türkiyə beynəlxalq münasibətlərdə iz qoymuş, bir çox kritik mövzularda iştirakı axtarılan oyun qurucu ölkəyə çevrilib.

Demedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində keçirilən “14-cü Səfirlər Konfransı”nın iştirakçılarına müraciətində bildirib ki, Türkiyə beynəlxalq münasibətlərə damğasını vuran ölkə kimi dünya tərəfindən yaxından izlənilir.

“Vətənimizi parçalamaq üçün hər cür cəhd etdilər. Türkiyənin dirçəlməsinə mane olmaq üçün bütün vasitələrə əl atdılar, amma nə etsələr də, məqsədlərinə çata bilmədilər” - Ərdoğan deyib.

Bahadur Seyidov