Ukrayna müharibəsi Rusiyada dərsliyə daxil edildi



 09:45 10.08.2023     303

Rusiyada hazırlanan yeni dərslikdə Ukrayna müharibəsindən də bəhs edilib.

Demedia.az xəbər verir ki, dərslikdə Kremlin maraqları nəzərə alınıb. Rusiyanın təhsil naziri Sergey Kravtsov bildirib ki, yeni kitabın məqsədi Ukraynadakı "xüsusi hərbi əməliyyat”ın məqsədini tədris etməkdir. Ukrayna müharibəsindən bəhs edən mövzu orta məkətbin 11-ci sinifləri üçün nəzərdə tutulub. Sergey Kravtsovun sözlərinə görə, sözügedən əməliyyat Rusiya Prezidenti Vladimir Putinin tez-tez dilə gətirdiyi kimi “Ukraynanı tərksilah etmək və onu neonasist elementlərdən təmizləmək” məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, dərsliyin müəlliflərindən biri Vladimir Putinin müşaviri Vladimir Medinskidir.

Bahadur Seyidov