Çin və Rusiya gəmiləri ABŞ sahillərində güc nümayiş etdirdi



 11:58 10.08.2023     329

Rusiya və Çin ABŞ-ın Alyaska əyalətinə yaxın beynəlxalq sularda birgə hərbi patrul həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Şimal Komandanlığı məlumat verib. “The Wall Street Journal”ın  xəbərinə görə, ABŞ-ın Şimal Komandanlığı bildirib ki, Çin və Rusiyaya məxsus hərbçilər beynəlxalq sularda qalıb. Bu, ABŞ tərəfindən təhlükə hesab edilməyib. ABŞ-ın Şimal Komandanlığı qeyd edib ki, bölgənin müdafiəsini təmin etmək üçün hava və dəniz qüvvələri birgə fəaliyyət həyata keçirir.

“The Wall Street Journal” ABŞ rəsmisinə istinadən xəbər verir ki, Alyaska yaxınlığındakı beynəlxalq sularda aparılan patrul zamanı Çin və Rusiyaya məxsus 11 gəmidən ibarət donanma ABŞ-ın 4 esminesi və 1 ədəd “P-8 Poseidon” tipli dəniz patrul təyyarəsi tərəfindən yaxından izlənilib.

Bahadur Seyidov