Sudanda humanitar böhran dərinləşir



 12:58 10.08.2023     310

Münaqişələrin davam etdiyi Sudanda əhalinin 40 faizindən çoxu aclıq problemi ilə üzləşib.

Demedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus açıqlama verib. O bildirib ki,  bu rəqəm 2022-ci ilin may ayından bu yana iki dəfə artıb. Sudanda humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını ifadə edən Qebreyesusun sözlərinə görə, ölkədə səhiyyə sahələri də insanlara xidmət edə bilmir.

Ghebreyesus, Efiopiyanın şimalında yerləşən Amharada davam edən qarşıdurmadan da narahat olduqlarını bildirib.

Bahadur Seyidov