Livanda “Barbie” filminin yayımlanması qadağan edilib



 11:25 10.08.2023     307

Livanda ABŞ istehsalı olan “Barbie” filminin yayımlanması qadağan edilib.

Demedia.az xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Məhəmməd Murtaza açıqlama verib. Livanın rəsmi agentliyi NNA-da dərc olunan məlumata görə,  Məhəmməd Murtaza bildirib ki, ABŞ istehsalı olan “Barbie” filmi dini və əxlaqi dəyərlərlə üst-üstə düşmür. Mədəniyyət naziri filmin ailə və evlilik dəyərlərinə xələl gətirdiyini vurğulayıb.

Filmin xüsusilə uşaq və gənclərə mənfi təsir göstərə biləcəyini bildirən Murtaza, filmin nümayişinə mane olmaq üçün müvafiq qərarın Livan Daxili İşlər Nazirliyinə göndərildiyini qeyd edib.

Bahadur Seyidov