Banqladeşdə musson yağışları səbəbilə 700 min insan təxliyə edilir



 14:48 10.08.2023     347

Banqladeşin cənub-şərqində musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə fəsadlar qeydə alınıb.

Demedia.az xəbər verir ki, 700 min insan təxliyyə olunmağı gözləyir. Yerli dairələr 700 min insanın yaşadığı ərazi ilə quru əlaqəsinin kəsildiyini qeyd edib. Yerli dairələr təxliyyə olunmağı gözləyən insanların sığınacaq, təmiz su və qidaya ehtiyacının olduğunu bildirib. Bəndərban musson yağışlarından ən çox təsirlənən bölgədir.

Məlumata görə, sel və torpaq sürüşməsi səbəbiylə Çattogram və Bandarban vilayətlərinin ucqar bölgələrində qalanların xilas edilməsi üçün həyata keçirilən əməliyyatlara polis qrupları da qatılıb.

Bahadur Seyidov