İnterpol Qərbi Afrikada əməliyya keçirib
İnterpol Qərbi Afrikada əməliyya keçirib.
Demedia.az xəbər verir ki, bu barədə İnterpoldan açıqlama verilib. Bildirilir ki, mütəşəkkil cinayət qruplarına qarşı təşkil etdiyi əməliyyatda 103 nəfər saxlanılıb. “Çaqqal” adlı əməliyyatda polis 2 milyon avrodan çox pul ələ keçirib. Bildirilib ki, İnterpolun hədəfində Qərbi Afrikada kredit kartı fırıldaqçılıq və çirkli pulların yuyulması ilə məşğul şəxslər olub. Əməliyyatda 2,15 milyon avro nağd pul müsadirə edilib, 208 bank hesabı bağlanıb, 103 nəfər saxlanılıb.
Ötən il isə “Çaqqal” əməliyyatında 1,2 milyon avro ələ keçirilib, 75 nəfər saxlanılıb.
Bahadur Seyidov