Kim Çen In orduya tapşırıq verdi



 12:44 10.08.2023     386

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasından sonra hərbçilərə müharibə planlarını yekunlaşdırmağı tapşırıb.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mənbələri məlumat verib. Məlumata görə, Kimin sədrliyi ilə Koreya Fəhlə Partiyasının Hərbi Komissiyasının iclasında ordunun döyüş hazırlığı və düşmənlərə qarşı hücum planları müzakirə olunub. Kim sərhəd qoşunlarının artırılması, real döyüş təlimlərinin keçirilməsi və yeni strategiyaların və silahların hazırlanması ilə bağlı danışıb və orduya müharibə planlarını yekunlaşdırmağı tapşırıb. Həmçinin Kim Çen In “vacib hərbi tədbirlərin həyata keçirilməsi” haqqında qətnamə imzalayıb. Onun sözlərinə görə, ordu daha güclü hücum silahları əldə etməli və bu silahlar dərhal mövqelərə yerləşdirilməlidir.

Kim iclasda Pak Su-ilin yerinə Ri Yonq Gili Baş Qərargah rəisi təyin etdiyini açıqlayıb.

Bahadur Seyidov