Ukrayna Moskvaya PUA ilə hücuma cəhd etdi



 16:18 10.08.2023     304

Ukrayna Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, paytaxt Moskva istiqamətində uçan 2 PUA Maloyaroslavski və Odintsovo üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib. Məlumata görə, hədəfə çata bilməyən PUA təhlükəsiz əraziyə düşüb. İnsan tələfatı və dağıntı olmayıb.

Moskva meri Sergey Sobyanin də Moskvaya doğru uçan bir PUA-nın Kaluqa bölgəsində, digərinin isə digər ərazidə vurulduğunu açıqlayıb.

Bahadur Seyidov