Havay adalarında meşə yanğınları fəlakətə səbəb olub



 16:45 10.08.2023     352

ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib.

Demedia.az xəbər verir ki, Havay adalarının Maui adasında üç məntəqədə yanğın davam edir. Yerli dairələrin məlumatına görə, Lahaina qəsəbəsində baş verən yanğın nəticəsində ümumilikdə 36 nəfər ölüb. Yerli dairələr axtarış-xilasetmə işlərinin davam etdiyini və sahil mühafizə qruplarının alovdan xilas olmaq üçün suya atılan 2-si uşaq olmaqla 14 nəfəri xilas etdiyini bildirib.

Maui Bələdiyyə Başçısı Richard Bissen mətbuat konfransında bir çox evlərin və iş yerlərinin yanğınlar nəticəsində tamamilə məhv olduğunu və limandakı qayıqların əhəmiyyətli dərəcədə zədələndiyini bildirib.

Bahadur Seyidov