Mali Fransa vətəndaşlarına viza verməyi dayandırıb



 14:26 10.08.2023     301

Malinin Fransa tərəfindən "qırmızı zona" elan edilməsindən sonra Mali Fransa vətəndaşlarına viza verməyi dayandırıb.

Demedia.az xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Fransa Xarici İşlər Nazirliyinin ciddi regional gərginlik səbəbiylə Malinin "qırmızı zona" elan edilməsinin əsası yoxdur.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina Fasonun Nigerdəki hərbi çevrilişə dəstək verməsindən sonra Niger, Mali və Burkina Fasoya səyahət xəbərdarlığı edib.

Bahadur Seyidov