Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin sammiti başa çatıb



 09:25 11.08.2023     359

Nigerdə ​​çevriliş gündəmi ilə Nigeriyanın paytaxtı Abucada keçirilən Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin sammiti başa çatıb.

Demedia.az xəbər verir ki, sammitdə qəbul edilən qərara əsasən, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə üzv dövlətlərin müdafiə nazirlərinə Nigerdə ​​konstitusiya quruluşunun qurulması üçün ehtiyat qüvvələrini hazırlayıb yerləşdirməyi tapşırıb. Ehtiyat qüvvələrin harada yerləşdiriləcəyi ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin ehtiyat qüvvələri böhran dövründə üzv dövlətlərin göndərdiyi əsgərlərdən ibarətdir. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi ehtiyat qüvvələrin hər hansı ölkəyə müdaxilə etməsi üçün ortaq qərar qəbul etməli və ya Afrika Birliyi tərəfindən qərar qəbul edilməlidir.

Bahadur Seyidov