Cənubi Koreyada təbii fəlakət fəsadlara səbəb oldu



 09:56 11.08.2023     333

Cənubi Koreyada təsirli olan “Khanu” qasırğası daşqın və torpaq sürüşməsinə səbəb olub.

Demedia.az xəbər verir ki, tayfun ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusilə cənub və şimal sahillərində sel və torpaq sürüşmələri baş verib. Ölkənin 14 hava limanında 355 reys və 412 qatar reysi ləğv edilib. Yerli mənbələr 10641 nəfər sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını açıqlayıb.

Digər tərəfdən ölkənin cənub-şərqindəki Daequ şəhərində güclü yağış və külək nəticəsində 1 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.

Bahadur Seyidov