Nigerdə hökumət quruldu



 10:58 11.08.2023     312

Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta keçid hökumətində yer alacaq şəxsləri açıqlayıb.

Demedia.az xəbər verir ki, “Vətəni Müdafiə Milli Şurası”nın bəyanatında qeyd edilib ki, mülki və əsgərlərdən ibarət yeni kabinetdə 21 nəfər yer alıb. Xuntanın  nömrəli keçmiş Baş Qərargah rəisi Salifou Modi Müdafiə Nazirliyinə, hərbi çevrilişin mühüm simalarından biri olan general Mohamed Toumba Daxili İşlər və İctimai Təhlükəsizlik Nazirliyinə, Bakari Yaou Sanqare də Xarici İşlər Nazirliyi vəzifəsinə təyin edilib. İqtisadiyyat və Maliyyə Nazirliyi daha əvvəl baş nazir təyin edilmiş tanınmış iqtisadçı Lamine Zeynə tapşırılıb.

“Vətəni Müdafiə Milli Şurası”nınsözçüsü Amadou Abdurahmane Gənclər və İdman Naziri təyin edilib.

Bahadur Seyidov