Polşa Belarus sərhədində qüvvələri artırır



 11:28 11.08.2023     332

Polşanın müdafiə naziri Mariuş Blaşçak Belarus sərhədindəki hərbçilərin sayının təxminən 10 minə çatdırılacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, Blaszczak dövlətə məxsus Polşa Radiosuna bildirib ki, ölkənin Belarus sərhədindəki hərbi personalı 2021-ci ildə bölgədə yerləşdirilən əsgərlərin sayına yaxınlaşacaq. Sərhəddəki əsgər sayının artırılacağını vurğulayan Blaşçak bildirib ki, 10 min əsgərdən 4 mini sərhədçilərə dəstək verəcək, qalan 6 mini isə hazır vəziyyətdə olacaq.

Məlumata görə, hazırda Polşa-Belarus sərhədinə 2000-ə yaxın Polşa əsgəri, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib.

Bahadur Seyidov