Xarkov vilayətinin Kupyansk rayonu təxliyə edilir



 12:45 11.08.2023     306

Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndi təxliyə edilir.

Demedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib. Bildirilir ki, Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç rayonun kəndlərinin boşaldılması barədə qərarı imzalayıb. Qərara əsasən, Kupyanskın 37 yaşayış məntəqəsi boşaldılacaq. Məlumata görə, buna səbəb Rusiyanın hücumlarıdır.

Ukrayna Baş Qərargahı bildirib ki, Kupyansk istiqamətində Sinkivka və İvanivke yaşayış məntəqələrində Rusiyanın hücumları uğurla dəf edib və bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsi artilleriya və minaatan hücumlarına məruz qalıb.

Bahadur Seyidov