Fransa Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırıb



 14:48 11.08.2023     358

Fransa Nigerdəki çevrilişdən sonra bölgədə gərginliyin artması ilə Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırıb.

Demedia.az xəbər verir ki, bu barədə Burkina Fasodakı Fransız dövləti adından viza müraciətlərini qəbul edən vasitəçi “Capago” şirkətinin internet saytında məlumat verilib. Şirkətin məlumatına görə, Fransa Xarici İşlər Nazirliyinin Burkina Fasonu “qırmızı bölgə” elan etməsindən sonra bu ölkənin vətəndaşlarına vizanın verilməsi dayandırılıb. Açıqlamada viza müraciəti və zəng mərkəzlərinin bağlandığı bildirilib.

Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina Fasonun Nigerdəki çevrilişə dəstək verməsindən sonra Niger, Mali və Burkina Fasoya səyahət xəbərdarlığı edib.

Bahadur Seyidov