Rusiya təyyarələri Şimal Buzlu okeanı üzərində uçuş həyata keçirib



 14:52 11.08.2023     321

Rusiyanın iki Tu-160 strateji bombardmançı təyyarəsi Şimal Buzlu okeanı üzərində beynəlxalq hava məkanında planlı uçuş həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Şimal Buzlu okeanı üzərindəki beynəlxalq hava məkanında həyata keçirilən uçuş 8 saat davam edib.

“İki Tu-160 strateji raketdaşıyıcı təyyarəsi Barents dənizi və Şimal Buzlu okeanının beynəlxalq suları üzərində hava məkanında təqribən 8 saat davam edən planlı uçuş həyata keçirib”, - məlumatda deyilir.

Açıqlamada strateji bombardmançı təyyarələri Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35S qırıcılarının müşayiət etdiyi də bildirilib.

Bahadur Seyidov