Türkiyə ilə Böyük Britaniya arasında müqaviləsi imzalanıb



 15:27 11.08.2023     315

Türkiyə ilə Böyük Britaniya arasında miqrasiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Demedia.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində üçüncü ölkə vətəndaşlarının Böyük Britaniyadan Türkiyəyə qəbulu mümkün olmayacaq.Məlumata görə, bu qərar Türkiyə-Serbiya-Fransa-Britaniya vasitəsilə yeni marşrut yaradan miqrant qaçaqmalçılarına qarşı atılıb. Bildirilir ki, Britaniya hakimiyyəti bu məsələyə xüsusi həssaslıqla yanaşacaq. Məlumata görə, iki ölkə kəşfiyyat məlumatlarının paylaşılması da daxil olmaqla əməkdaşlıq edəcək.

Bu çərçivədə İngiltərədən Türkiyəyə üçüncü ölkə vətəndaşlarını qəbul etmək mümkün olmayacaq.

Bahadur Seyidov