Ukrayna Rusiya ilə imzaladığı iki sazişi ləğv etdi



 16:25 11.08.2023     380

Ali Şura Ukrayna və Rusiya hökumətləri arasında imzalanmış iki sazişə xitam vermək barədə qərar qəbul edib.

Demedia.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko açıqlama verib. O bildirib ki, sura Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişə xitam verib.

“Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası hökuməti arasında daha bir saziş ləğv edilib. Bu saziş təbiət sahəsində əməkdaşlıq haqqında idi”, - ukraynalı deputat Qonçarenko Telegram hesabında yazıb.

Bahadur Seyidov