"Yandex"in qurucusu: Ukraynadakı müharibənin əleyhinəyəm
Rusiyanın “Yandeks” internet şirkətinin qurucusu Arkadi Voloj Ukraynadakı müharibənin əleyhinə olduğunu bəyan edib.
Demedia.az xəbər verir ki, Arkadiy Voloj Rusiya mediasına açıqlamasında müəyyən səbəblərdən indiyə qədər susduğunu bildirib. O indi bu barədə açıqlama verdiyinə görə tənqid oluna biləcəyini, amma önəmli olanın açıqlamanın məzmunu olduğunu vurğulayıb. Qohumlarının və dostlarının Ukraynada yaşadığını bildirən Volojun sözlərinə görə, o, 2014-cü ildən Rusiyada yaşamasa da, ölkənin davranışlarında onun da payı var.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalan Voloj “Yandex”dən ayrıldığını açıqlayıb.
Bahadur Seyidov