20 yaşda mələk olan qadın - Fərizə…



 10:29 11.08.2023     434

Bu ad sizdə hansı mənanı ifadə edir? Mənim üçün Fərizə eşqin simvoludur. Elə bir eşq ki, həyatını belə onun uğrunda fəda edəcək qədər mərd və sadiq. Bəli, O, ölümü ilə bütün dünyaya əsl eşqin nə olduğunu göstərdi. 

Bəs hadisələr necə baş verdi? 

1989-cu il iyunun 30-da Fərizə və İlham Allahverdiyev ailə həyatı qurdu. Lakin bu xoşbəxtlik cəmi altı ay on doqquz gün çəkdi.

1990-cı ilin 19 yanvarında Sovet qoşunları Bakıda dinc insanları qətlə yetirərkən onların qarşısına çıxıb etiraz edənlərdən biri də İlham Allahverdiyev idi. O gecə çox evin işığı söndü. Onlardan biri də Fərizənin çırağı idi. Fərizə bu itkiyə dözə bilmədi və ölümü ilə İlhama sadiq olaraq dünyadan köçdü…

11 avqust tarixi Fərizənin dünyaya gəldiyi gündür. O, 1970-ci il avqustun 11-də Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub.  İlhamın ölümündən 1 gün sonra, 21 yanvar 1990-cı ildə, 20 yaşında mələk oldu…

Qeyd edim ki, İlhamla Fərizənin toy günü - 30 iyun tarixi hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.

İlham Əjdər oğlu Allahverdiyev isə 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. 

Xəyalə Məmmədova / Demedia.az