Sənədli filmlərdən geri qalmayan görüntü: Meşələrin kabusu..



 19:01 18.08.2023     425

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən vaşaq Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin (DKMP) yerləşdirdiyi kamera tələsinə əks olunub.

Demedia.az xəbər verir ki, Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi, DKMP tərəfindən vəhşi təbiətin monitorinqi üçün ölkənin müxtəlif bölgələrində yerləşdirilən kamera tələlərində müxtəlif növ heyvanların görüntüləri əks olunub.

DKMP-nin sosial media hesabından paylaşılan son görüntülərdə ölkədə yaşayan 5 pişik növündən biri olan vaşaq yer alıb. Yazıda "Kamera tələlərindən sənədli filmə oxşamayan səhnələr. Meşələrin ruhu, vaşağın rənglər çaşqınlığında təbiətin axarına qərq olduğu o misilsiz gözəllik anlar" qeyd edilib.
Gecələr ov edən pişik tipli vaşaq, həssas qulaqları ilə ən aşağı tezlikli səsləri eşidərək gizlənmə qabiliyyəti ilə meşənin ruhu ünvanına sahibdir. Təbiətdə müşahidəsi çox çətin olan vaşaq, dovşan, gəmiricilər, orta və kiçik məməlilərlə qidalanır.

Aysun / Demedia.az