Türkiyədə qorxulu partlayış - Bəzi binalarda çatlar əmələ gəldi



 19:31 18.08.2023     632

Türkiyədə Adıyamanda təməl qazıntıları üçün dinamit partladılıb.

Demedia.az xəbər verir ki, zəlzələ olduğunu düşünən vətəndaşlar böyük qorxu yaşayarkən bəzi binalarda çatlar əmələ gəlib.

Podratçı şirkət Adıyamanın Karadağ bölgəsində evlərin tikintisi üçün təməl qazıntıları zamanı partlayıcıdan istifadə edib. Bünövrənin qazılması zamanı partlayan dinamit qorxuya səbəb olub.

Partlayış binalarda təkanlara səbəb olub. Partlayış zamanı binalarda baş verən silkələnmə və vətəndaşların yaşadığı çaxnaşma təhlükəsizlik kameralarına əks olunub.

Şəhərin mərkəzində hiss edilən dinamit partlayışından sonra nəhəng toz buludu qalxıb. Adıyamanın Kayalık, Fatih, Cümhuriyyət, Malazgirt və Turqutreis məhəllələrində evləri zədələnən və ya pəncərələri sınmış vətəndaşlar 112-yə məlumat verib.

Aldıqları donoslar nəticəsində evlərə baxış keçirən polis qrupları vətəndaşları ərizələri əsasında polis bölmələrinə yönləndirib.

Partlayış yerinə yaxın olan Adıyaman Kənd Təsərrüfatı və Meşə Müdirliyində çalışan 3 qadın xəstələnib. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb.

Evləri zərər görən vətəndaşlar bunun zəlzələ olduğunu zənn edərək özlərini çölə atdıqlarını bildirib və səlahiyyətlilərdən partlayışdan əvvəl bölgədə yaşayan vətəndaşlara məlumat vermələrini istəyiblər.

Aysun / Demedia.az