"Fənərbaxça" və "Dinamo Zaqreb" Livakoviçin transferi ilə bağlı razılığa gəldi



 19:01 21.08.2023     455

Aylardır "Fənərbaxça"nın gündəmində olan Dominik Livakoviç hazırda "Fənərbaxça"ya çox yaxındır.

Demedia.az xəbər verir ki, Xorvatiya mətbuatı uğurlu qolkiperin İstanbula gələcəyi günü açıqlayıb.

"Fənərbaxça"da Dominik Livakoviç tapmacası sona çatır. Aylardır sarı-göylülərin gündəmini zəbt edən uğurlu qolkiper Zaqreb “Dinamo”su Çempionlar Liqası ilə vidalaşdıqdan sonra komandadan ayrılmaq qərarına gəlib. Xorvatiya mətbuatı "Fənərbaxça" ilə Zaqreb "Dinamo"su arasında dəqiq razılığın əldə edildiyini və Livakoviçin hansı gün İstanbula gedəcəyini açıqlayıb.

Xorvatiya mətbuatı "Fənərbağça" ilə Zaqreb "Dinamo"sunun anlaşmasının tamamlandığını iddia edib. Xorvatiyada yayımlanan Germanijakda yer alan xəbərə görə, Livakoviçin "Fənərbaxça"ya transferində heç bir maneə olmayıb.

Dominik Livakoviçin çərşənbə günü İstanbula gedəcəyi xəbərində "Fənərbaxça" ilə Zaqreb "Dinamo"su arasında anlaşmanın tamamlandığı vurğulanıb.

Aysun / Demedia.az