Əkin sahəsində daş tapdı, milyoner adlandırdılar - Sonra isə başına gələnlər...



 20:28 21.08.2023     627

Tokatda odunçunun daş tapması onun həyatı bir anda dəyişib.

Demedia.az xəbər verir ki, zəngin olmadan da varlı kimi hörmət olunmağa başlayan odunçuya hətta tekstil firmasından reklam filmi təklifi də gəlib. Lakin aparılan təhlillər nəticəsində həqiqət üzə çıxıb.

Tokatın mərkəzi Halilalan kəndində yaşayan Ergin Say ötən il əkin sahəsində daş tapıb. Daşın forması və rəngi ilə maraqlanan Say onun meteor ola biləcəyini düşünüb.

Daşı evinə gətirən Say, ötən aylarda daşdan qopardığı parçanı analiz üçün Çanaqqala Onsekiz Mart Universitetinə göndərib. Hadisələr Sayın onun ətrafında məşhurlaşmasına səbəb olub. Say hamı tərəfindən milyonçu kimi tanınmağa başlayıb və onun ziyarətçiləri çoxalıb. Zəngin olmadan da varlıymış kimi nüfuz qazanmağa başlayan Ergin Say hətta bir tekstil firmasından reklam filmi təklifi alıb.Analizlərin nəticəsi gələndə Ergin Say və ətrafındakıları məyus edib. Universitetdən alınan nəticəyə görə daşın dəyərsiz, normal daş olduğu anlaşılıb.

Aysun / Demedia.az