Velosipedlə gündə 600 stəkan çay paylayır - VİDEO



 23:09 21.08.2023     632

Türkiyədə maraqlı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Əskişəhərdə yaşayan İsmail Dindar məktəb tətilində çay evində işləyir. O velosipedlə gündə 600 stəkan çay paylayır.

Dindar ilk başladığı zaman çayı piyada payladığını, lakin gecikdiyi üçün bu üsula əl atdığını, istedadı ilə ətrafa heyrət dolu baxışların hədəfinə çevrildiyini bildirib. Nəqliyyat vasitələrinin sıx olduğu küçələrə çıxmadan ara küçələrdə velosipedi ilə çay paylayan İsmayıl Dindar bir əli ilə sükanı idarə edir, digər əli ilə çay dolu nimçəni tutur. Təxminən 2 aydır bu şəkildə xidmət edən İsmail Dindar kifayət qədər tez gündə 600 stəkan çay paylayarkən heç bir məhsulu tökməyib.

Daha ətraflı videoda:

Aysun / Demedia.az