Xərçəngdən müalicə olunan sənətçi: "Razılığım olmadan dəstək istədilər"



 23:48 21.08.2023     544

Bir vaxtlar ən məşhur oriyental olan Tanyeli mədəaltı vəzi xərçəngi diaqnozu ilə müalicəyə başlayıb.

Demedia.az xəbər verir ki, Tanyeli xeyriyyə gecəsi təşkil edən dostlarını onun adından istifadə edərək qınayıb və “Son iki həftə ərzində baş verənlər məni çox üzdü” deyib.

Əsl adı Öznur Kral olan şərqli Tanyeli ilk evliliyini 14 yaşında edib və adını Taylan qoyduğu oğlu dünyaya gəlib. 2014-cü ildə Bursalı iş adamı İlker Sunneli ilə nikah masasına oturan məşhur ad mədə əməliyyatından sonra 99 kilodan 60 kiloya düşərək adından söz etdirib.

Son halı ilə bəyənmə toplayan Tanyeli son zamanlar pis xəbərlə gündəmə gəlib. 52 yaşlı məşhur adın mədəaltı vəzi xərçəngi olduğu öyrənilib.

Böyük məyusluq üzündən iki həftədir çətin anlar yaşayan məşhur şərqli pərəstişkarlarına ürəyini boşaldıb.

Aysun / Demedia.az