Toyda BİABIRÇILIQ: Aldadıldığı fotoları qonaqlara göstərdi



 20:27 22.08.2023     535

İtaliya ali cəmiyyətinin məşhur adlarının toyunda baş verən hadisələr qısa zamanda dünya mətbuatında hiddət doğurub.

Demedia.az xəbər verir ki, ancaq söz mövzusu hadisənin təfərrüatlarından imtina edib.

İtaliyanın tanınmış bankirlərindən olan 64 yaşlı Massimo Seqre 47 yaşlı Kristina Seymandi ilə uzun müddətdir münasibətdədir. Cütlük ötən aylarda verdikləri açıqlamada həyatlarını birləşdirməyə qərar verdiklərini və evlənməyə qərar verdiklərini açıqladılar. Dünən nikah masasına əyləşən cütlüyün o anlar tezliklə tarixə düşə bilər.

Mikrofonu əlinə alan Seqredən hamı gəlin namizədi haqqında sevgi sözləri eşidəcəyini gözləsə də, reallıq tamam başqa idi. Segre o anlarda 'Mən Kristinaya sevmək azadlığı vermək istəyirəm. Xüsusilə də məndən çox sevdiyi birinə qarşı...” - deyə, əlavə edib:

“Əziz Kristina, mən bilirəm ki, sənin ona əqli və cinsi baxımdan nə qədər məhəbbət bəsləyirsən. Bundan əvvəl kiminlə münasibətdə olduğunu da bilirəm”.

Seqre bu sözlərdən sonra Kristinanın onu aldatdığı anların fotolarını 150-yə yaxın qonağa göstərərək "Bu vəziyyət məni xoşbəxt etmir" deyib. Daha sonra Seqre Kristinaya sevgilisi ilə pulunu ödədiyi Mikonosa tətilə gedə biləcəyini xatırladıb və çıxışını bitirib.

Aysun / Demedia.az