Məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR



 20:01 23.08.2023     577

Məşhur müğənni Merve Özbey sosial media hesabından səhhətində yaranan problemlərə görə konsertlərini təxirə saldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, sənətçi səhhəti ilə bağlı son durumu paylaşıb.

Merve Özbey 2020-ci ildə Kenan Koçakla ailə həyatı qurub. Özbey ötən illərdə Elif Özümü dünyaya gətirərək ilk dəfə ana olmaq sevincini yaşamışdı. Xoşbəxt ailə quran cütlüyün qucağında ikinci körpə Emir dünyaya gəlib.

Bir müddət əvvəl keçirdiyi əməliyyatdan sonra yaranan fəsadlarla müalicə olunan müğənni sosial şəbəkədə bu sözləri deyib:

“Əməliyyatımdan sonra bəzi fəsadlar yarandı. Xəstəxanada davam edən müalicə prosesi və həkimlərimin məsləhəti ilə əlaqədar təəssüflə avqustun 30-na kimi konsertlərimi təxirə salmalı oldum. Sağlam günlərdə yenidən görüşmək və birlikdə mahnı oxumaq ümidi ilə”.

Aysun / Demedia.az